DÜNYA ÖZ XƏBƏR

Silahını təmizləyərkən özünü vuran kişi həyatını itirdi

Samsunun Çarşamba rayonunda 68 yaşlı Muharrem Aydın təmizlədiyi silahından yanlışlıqla atəş açılması nəticəsində qarınından vurularaq həyatını itirib. 

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə, Çarşamba rayonunun Ordubaşı kəndində baş verib. İddialara görə, Aydın evində ona məxsus olan silahını təmizləyərkən silah təsadüfən atəş açıb. Aydının qanlar içində olduğunu görən yaxınları dərhal 112 Təcili Yardım xidmətinə məlumat verib. Hadisə yerinə jandarma və təcili yardım komandaları göndərilib. Həkimlər Aydının həyatını itirdiyini təsdiqləyib. Cəsədin müayinəsi üçün Samsun Ədli Tibb İnstitutuna göndərildiyi bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Nilay 

Oxşar Xəbərlər