Liverpul Krallıq Məhkəməsi, 2024-cü ilin yayında Sauteport şəhərində uşaqlara hücum edən gənci 13 ömürlük həbs cəzasına məhkum edib
Liverpul Krallıq Məhkəməsi, 2024-cü ilin yayında Sauteport şəhərində uşaqlara hücum edən gənc Axel Rüdakubana 13 dəfə ömürlük həbs cəzası verib.
32gun.az bildirir ki, bu barədə Sky News məlumat yayıb.
Məhkəmə qərarına əsasən, "Sauteportun üçqat qatili" Rüdakubana 52 il minimum cəza müddəti ilə ömürlük həbs verilib. Gənc, ümumilikdə 13 maddə üzrə ömürlük cəza alıb, amma məhkəmə, onun həbsdə keçirdiyi 175 günü cəzanın müddətindən çıxarıb.
Gənc, keçən ilin iyul ayında, rəqs və yoga dərsləri zamanı uşaqlara bıçaqla hücum edib. Nəticədə, hücumdan 9 uşaq zərər çəkib, onlardan üçü həyatını itirib, həmçinin iki böyüklə də zərər çəkib. Hücumdan sonra şübhəli şəxsin qaçqın olduğu barədə məlumat yayılıb.
Bu məlumatlar yayıldıqdan sonra Böyük Britaniyanın bir neçə şəhərində iğtişaşlar baş verdi. Ekstremist sağçı "İngilis Müdafiə Liqasının" tərəfdarları, Sauteportda keçirilən etiraz aksiyasında polislərlə qarşıdurmalara girib. Bütün bunlar nəticəsində 50-dən çox polis işçisi yaralanıb.
Ayxan