DÜNYA ÖZ XƏBƏR

Jurnalist Makronun arvadının kişi olduğunu sübut edəcəyinə söz verir

ABŞ-lı jurnalist Makronun həyat yoldaşı ilə bağlı sensasiyalı iddialar səsləndirib

ABŞ-lı jurnalist Kendis Ouen Brijit Makronun əslində kişi olaraq doğulduğuna dair sübutları dərc etməklə hədələyib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə jurnalist öz sosial media hesablarında açıqlama verib.

Ouen 30 yanvar tarixində bu materialları paylaşmağı planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Makron ailəsinin hüquqşünasları tərəfindən təzyiqlərə məruz qalıb, lakin ABŞ-da Avropadan fərqli olaraq "söz azadlığının" mövcud olduğunu və Fransa hüquqşünaslarının onu susdura bilməyəcəyini qeyd edib.

Jurnalist sosial media platforması X-də paylaşım edərək, Emmanuel və Brijit Makrona 21 sualdan ibarət siyahı göndərdiyini açıqlayıb. Ouen bildirib ki, bu suallar sadədir və cavabları böyük maraqla gözləyir.

Xüsusilə, Ouen Brijit Makronun keçmişi və Emmanuel Makronla münasibətlərinin başlanğıcı ilə maraqlanır. Onun iddiasına görə, Brijitin məktəb və ya tələbəlik dövrünə dair heç bir sübut mövcud deyil.

Bu açıqlamalar Fransa və beynəlxalq ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Ayxan 

Oxşar Xəbərlər