DÜNYA ÖZ XƏBƏR

HƏMAS İsrailə azad ediləcək girovların siyahısını təqdim edəcək

Fələstin hərəkatı HƏMAS, yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını bu gün İsrail tərəfinə təqdim edəcək.

32gun.az bildirir ki, bu barədə İordan çayının Qərb sahilindəki HƏMAS rəhbəri Zahir Cəbarin məlumat verib.

"Sabah döyüşçülərimiz tərəfindən saxlanılan dörd girovun adlarını İsrailə təqdim edəcəyik. Onların əvəzində azad olunacaq fələstinli məhbusların siyahısını alacağıq," - deyə Cəbarin rəsmi HƏMAS Telegram kanalında bildirib.

Cəbarin, həmçinin, siyahıların mübadiləsindən bir gün sonra, yəni yanvarın 25-də girovların və məhbusların mübadiləsinin həyata keçiriləcəyini təsdiq edib.

Bu proses HƏMAS və İsrail arasında humanitar məsələlər üzrə yeni bir mərhələ kimi qiymətləndirilir.

Ayxan 

Oxşar Xəbərlər