DÜNYA ÖZ XƏBƏR

Rusiya XİN: Aİ rəsmilərinin çıxışları Brüsselin çaşqınlığını əks etdirir

Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallasın son dövrlərdəki militarist çıxışları Brüsselin ABŞ-ın yeni administrasiyası – prezident Donald Trampın rəhbərliyi altında yaşadığı çaşqınlıqdan və Ukraynanın əsas sponsoru olmaq qorxusundan irəli gəlir.

32gun.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

Zaxarova vurğulayıb ki, Aİ-nin yüksəkvəzifəli rəsmiləri məsuliyyətsiz şəkildə ictimaiyyətdə Rusiya ilə yaxın gələcəkdə genişmiqyaslı silahlı münaqişə ehtimalını artıran fikirlər formalaşdırır.

O, həmçinin Aİ-də "Rusiya təhlükəsi" ilə bağlı yayılan hekayələrin ittifaqın birliyini qorumaq və artan hərbi xərclər fonunda daxili intizamı gücləndirmək məqsədinə xidmət etdiyini qeyd edib. "Bu qorxu təbliğatları Aİ-nin həddindən artıq hərbi xərcləri əsaslandırmaq üçün istifadə olunur və bunun nəticəsində avropalıların həll olunmalı olan təcili problemləri diqqətdən kənarda qalır," – deyə Zaxarova bildirib.

"Belə görünür ki, Rusiyadakı vəziyyətin təhlili reallıqdan tamamilə uzaqdır, bunu gülünc hesab etməmək mümkün deyil," – o əlavə edib.

Ayxan 

Oxşar Xəbərlər