DÜNYA ÖZ XƏBƏR

Neft qiymətləri Trampın Davosdakı bəyanatlarından sonra ucuzlaşıb

Neft qiymətləri Trampın bəyanatından sonra enişə keçdi.

32gun.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı və OPEC-ə neft qiymətlərinin azaldılması üçün təzyiq göstərəcəyini bəyan etməsindən sonra London ICE birjasında mart 2025-ci il üçün nəzərdə tutulan neft fyuçerslərinin qiymətləri azalmağa başlayıb.

Birja məlumatlarına əsasən, Moskva vaxtı ilə saat 19:39-da Brent markalı neftin mart fyuçerslərinin qiyməti 1,24% azalaraq bir barel üçün 78,02 dollar təşkil edib. Saat 20:00-a olan məlumatlara görə, qiymət azalması yavaşlayaraq 0,68%-ə düşüb və bir barel üçün 78,46 dollarda dayanıb. Eyni zamanda, mart fyuçersləri üzrə WTI markalı neftin qiyməti əvvəlki bağlanış səviyyəsində – bir barel üçün 74,82 dollar olaraq qalıb.

Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı ilə çıxış edərkən, ABŞ-ın Səudiyyə Ərəbistanı və OPEC-ə qiymətləri azaltmaq üçün təzyiq göstərəcəyini bildirib. O, bunun Ukraynadakı vəziyyətlə də əlaqəli olduğunu qeyd edib.

Ayxan 

Oxşar Xəbərlər