ABŞ-ın Sietl şəhərində yerləşən federal hakim Trampın doğum hüququ əsasında vətəndaşlıq verilməsini ləğv etməyi nəzərdə tutan yeni fərmanını müvəqqəti olaraq bloklayıb.
32gun.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
ABŞ Dairə Hakimi Con Kofenauer məhkəmə dinləməsi zamanı Trampın fərmanını "aşkar şəkildə konstitusiyaya zidd" adlandırıb və dörd ştat tərəfindən verilən vəsatəti təmin edəcəyini bildirib.
Məlumatda qeyd olunur ki, məhkəmənin qərarı məhkəmə çəkişmələri davam edənədək qüvvədə qalacaq. Bu addım, yayılan məlumatlara görə, Tramp administrasiyasının miqrasiyanı məhdudlaşdırmaq istiqamətində atdığı səylərə ilk ciddi maneə kimi qiymətləndirilir.
Ayxan