DÜNYA ÖZ XƏBƏR

Məktəb psixoloqu internetdə açıq-saçıq fotolara görə işdən qovulub

Pedaqoq Piatigorskda qalmaqallı səbəblə işdən çıxarıldı

Piatigorsk şəhərindəki bir gimnaziyanın məktəb psixoloqu sosial şəbəkələrdə açıq-saçıq məzmun paylaşdığı və mübahisəli geyimlər geyindiyi üçün işdən çıxarılıb.

32gun.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, gənc psixoloq seksologiya mövzusunda bloq aparır və şəxsi fotolarını paylaşırdı. Bu vəziyyət valideynlərin narazılığına səbəb olub. Onlar dəfələrlə regional təhsil nazirliyinə şikayət ediblər.

"Psixoloqun sosial media səhifəsi bizi şoka saldı. Belə bir şəxsin mənəvi dəyərləri və davranışı ciddi suallar doğurur. Maraqlıdır ki, bu səhifəni bizə uşaqlar göstərdi," – deyə şagirdlərdən birinin anası Stavropol Təhsil Komitəsinə müraciətində qeyd edib.

Təhsil Nazirliyi bildirib ki, psixoloq işdən azad edilib və gimnaziyada araşdırmalar davam edir. Nəticələrə əsasən, məsuliyyət daşıyan şəxslər intizam məsuliyyətinə cəlb ediləcək.

Ayxan 

Oxşar Xəbərlər