Tula vilayətində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi elan olunub.
32gun.az xəbər verir ki, bu barədə Rusiyanın regional təhlükəsizlik nazirliyinin Telegram kanalında məlumat verilib.
"Diqqət! Tula vilayətində PUA hücumu təhlükəsi var," – deyə açıqlamada bildirilib.
Region sakinlərinə ehtiyatlı olmaları və evdə qalmaq tövsiyə edilib.
Qeyd edək ki, çərşənbə günü səhər də bölgədə PUA təhlükəsi elan edilmişdi.
Ötən həftəsonu düşmən PUA-larının hücumu nəticəsində bölgədəki bir müəssisədə yanacaq və sürtkü yağları saxlanılan çənlərdən biri yanmışdı.
Həmçinin bildirilib ki, bütün Lipetsk vilayətində hava təhlükəsi rejimi tətbiq edilir.
Ayxan