DÜNYA

Təyyarə qəzasında həlak olan qazaxların ailələrinə 16 min manat veriləcək

Aktau yaxınlığında təyyarə qəzası zamanı həlak olan qazaxların ailələrinə 5 milyon təngə (təxminən 16 405 manat) veriləcək.

"32gun.az" xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev 2025-ci il yanvarın 24-də hökumətin keçirdiyi brifinqdə açıqlayıb. 

"Sosial yardım göstərildi, hər ailəyə lazımi məbləğ ödənildi. Dəfn, hadisə yerinə gediş-gəliş və digər məsələlərin xərclərini isə əmirliklər öz üzərinə götürüb. Gələn həftə biz sponsorluq vəsaitlərindən istifadə etməklə bu ailələrə maddi yardım etməyi planlaşdırırıq", - deyə Bozumbayev bildirib. 

Oxşar Xəbərlər