DÜNYA
Türkiyədə bina çökdü, dağıntılar altında qalanlar var - VİDEO
Konyanın Səlcuqlu rayonunda 4 mərtəbəli bina çöküb.
"32gun.az" Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında insanlar qalıb. Onlardan 2 nəfər yaralı halda xilas edilib.
Hadisə yerinə çoxlu sayda xilasedici qruplar göndərilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.