DÜNYA ÖZ XƏBƏR

Boliviyada avtobus aşıb - 19 nəfər ölüb, çoxsayda yaralılar var /VİDEO

Boliviyada sərnişin avtobusu qəzaya uğrayıb: 19 nəfər ölüb, 9 nəfər yaralanıb

Boliviyada sərnişin avtobusu qəzaya uğrayıb.

32gun.sz xəbər verir ki, bu barədə El Deber qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, avtobus Boliviyanın paytaxtı La-Pasdan Vilasyon şəhərinə doğru hərəkət edirdi. O, bazar günü günorta saatlarına qədər mənzil başına çatmalı idi. Lakin Potosi departamentinin Serdas bölgəsində avtobus yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 19 nəfər, o cümlədən iki uşaq həyatını itirib, 9 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Uyuni şəhərindəki xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər və polis əməkdaşları işləyirlər.

Şahidlərin lentə aldığı görüntülərdə aşmış avtobusun yamacda qaldığı, ətrafda isə avtobusun hissələrinin səpələndiyi görünür. İnsanların ətrafda dolaşdığı və qışqırdığı eşidilir.

Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır. İlkin məlumata görə, qəzanın səbəbi avtobusun yüksək sürətlə hərəkət etməsi və sürücünün kifayət qədər təcrübəyə malik olmamasıdır.

Ayxan 

Oxşar Xəbərlər