Krımda məşqçi yetirmələri tərəfindən təcavüzdə ittiham olunur
Krımda bir idman məktəbinin bir qrup yetirməsi məşqçisini onlara təcavüz etməkdə ittiham edib. Bu barədə Rusiya İstintaq Komitəsinin (İK) regional idarəsi məlumat yayıb.
Məlumata görə, Kerç şəhərində yerləşən idman məktəbinin yetirmələri hüquq-mühafizə orqanlarına müraciət edərək, məşqçinin bir neçə il əvvəl onlara qarşı qeyri-etik davranışlar etdiyini bildiriblər. Onların sözlərinə görə, pedaqoq bu hərəkətləri əsasən səfər yarışları zamanı həyata keçirib.
Krım və Sevastopol üzrə İK-nın rəhbəri Vladimir Terentyev hadisə ilə bağlı cinayət işinin açılmasını və bütün detalları müəyyənləşdirməyi tapşırıb. İstintaq işi regional idarə rəhbərinin şəxsi nəzarətinə götürülüb.
Ayxan