ABŞ prezidenti Donald Tramp ölkənin BMT-nin İnsan Hüquqları Şurasından çıxması haqqında fərmanı təsdiq edəcək.
"32gun.az” Amerikanın “Politico” nəşrinə istinadən xəbər verir.
2018-ci ildə Ağ Evin hazırkı rəhbəri artıq ABŞ-ı Şuradan çıxarıb, lakin “insan hüquqları sahəsində öhdəlikləri” qoruyub saxlayıb.
İndi Vaşinqton BMT strukturunu İsrailə qarşı düzgün olmayan hərəkətlərdə ittiham edir, nəşr yazır.
Tramp həmçinin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin terror qruplaşmaları ilə əlaqəsi olduğu iddiasına görə ona dəstəyi qadağan edən sənədi imzalamağa hazırdır.
Tramp daha əvvəl Covid-19 epidemiyası zamanı fikir ayrılıqlarına görə ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması təşəbbüsü ilə çıxış edib.
Ayxan