DÜNYA ÖZ XƏBƏR

Ağ Ev Putin-Tramp görüşünün mümkün yerini açıqlamaqdan imtina edib

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts Donald Tramp və Vladimir Putin arasında görüş yeri və Ukrayna ilə bağlı danışıqların gedişatı barədə konkret məlumatın olmadığını bildirib.

32gun.ax xəbər verir ki, bu barədə RIA Novosti yazıb. 

Uoltsun sözlərinə görə, bir çox ölkə Trampın müharibəni bitirməsinə kömək etməyə çalışır, lakin hələ təsdiqlənəcək və ya açıqlanacaq bir məsələ yoxdur. O, görüş yeri ilə bağlı yayılan xəbərlərə ehtiyatla yanaşmağı tövsiyə edib.

Tramp fevralın 3-də ABŞ-ın Rusiya və Ukrayna ilə təmaslar planlaşdırdığını açıqlamış, Putinə danışıqlar təklif etdiyini bildirmişdi. Lakin Kremlin məlumatına görə, Trampın komandası hələ rəsmi təklif irəli sürməyib.

Ayxan 

Oxşar Xəbərlər