HADİSƏ
Ağstafada hərbçilər dəm qazından zəhərləniblər
Ağstafada dəm qazından zəhərlənən hərbiçilərin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, zəhərlənlər Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü R.Hacızadə, Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü R.Əliyev və Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü S.Abdullazadədir.
Faktla bağlı araşdırma aparılır.
***09:34
Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.
Onların hərbçi olduğu bildirilir.
Fakt araşdırılır.