HADİSƏ
Şəhidin və anasının məzar daşı sındırılıb? - DİN-dən açıqlama
Siyəzəndə şəhidin və anasının məzar daşının sındırıldığına dair məlumatlar yayılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov "32gun.az"a açıqlamasında bildirib ki, yayılan iddialar həqiqətə uyğun deyil:
"Sözügedən hadisə təxminən 2 ay əvvəl güclü külək zamanı baş verib. Bir neçə məzar daşı aşıb, bəzi evlərin dam örtüyünə və hasarına ziyan dəyib", - deyə o qeyd edib.