HADİSƏ
57 yaşlı kişi 12 gün sonra öldü
Gəncədə zavodda su qızdırıcısının partlaması zamanı ağır yanıq xəsarəti alan şəxs bu gün səhər saatlarında xəstəxanada ölüb.
"32gun.az"ın məlumatına görə, yanıq xəsarətləri alan 1968-ci il təvəllüdlü Ə.Xudiyev müacilə aldığı xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Xatırldaq ki, hadisə mart ayının16-da Gəncə Cihazqayırma zavodunda qeydə alınıb. Zavoda işləyən Ə.Xudiyev sözügedən zavodun vanna otağında duş qəbul edən zaman su qızdırıcı partlayıb, nəticədə o ağır yanıq xəsarətləri almışdı.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.