KRİMİNAL

Azərbaycanda DƏHŞƏT: 17 yaşlı qızını bıçaqlayan ata saxlanıldı (YENİLƏNİB)

Goranboyda qızına bıçaqla xəsarət yetirən ata tutulub.

"32gun.az"ın "Unikal"a istinadən məlumatına görə, Goranboy rayon polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən ata 1979-cu il təvəllüdlü Rafiq Cəfərov  saxlanılıb.

Araşdırmalar davam etdirilir. 

*** 22:37

Goranboyda bıçaqlanma olub.

"32gun.az"ın "Unikal"a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Balakürd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü (şərti adı G.C.) şəxsə ailə münaqişəsi zəminində atası 1979-cu il təvəllüdlü Rafiq Cəfərov tərəfindən bıçaqla xəsarət yetirilib.

Xəsarət alan şəxsə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər