SOSIAL
Polis ötən gün 21,3 kq-dan artıq narkotik vasitə aşkarlayıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 4-də ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
"32gun.az" xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1 kiloqramdan artıq heroin və 20,3 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.