HADİSƏ
Dünən bulvarda ölən şəxs vəkil imiş - FOTO
Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.
"32gun.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.
Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.