HADİSƏ
Göyçay Rayon Mərkəzi Xəstəxanasında kişi əməliyyat zamanı öldü
Göyçay rayonunda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb.
"32gun.az" xəbər verir ki, hadisə mayın 5-i Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Belə ki, Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov damar əməliyyatı zamanı ölüb.
Faktla bağlı araşdırma aparılır.