İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai Hindistan və Pakistan arasında artan gərginlikdən ciddi narahatlıq ifadə edib. Bu barədə İranın XİN-in mətbuat xidməti məlumat yayıb.
“İsmail Baqai Hindistanla Pakistan arasında gərginliyin artmasından dərin narahatlıq keçirdiyini bildirərək, tərəfləri təmkinli olmağa çağırıb”, – deyə bəyanatda qeyd olunub.
6 may tarixində Hindistan “Sindu” adlı hərbi əməliyyata başlayıb. Yeni Dehli bu əməliyyatı Pakistan ərazisindəki “terrorçu infrastruktura” qarşı həyata keçirdiyini açıqlayıb. Lakin Pakistan Müdafiə naziri Xavadja Asıf bildirib ki, hücumlar sırf mülki obyektlərə yönəlib. Bunun ardınca İslamabad cavab əməliyyatına start verib.
7 mayda Pakistan müdafiə naziri bəyan edib ki, Hindistan geri çəkilərsə, ölkəsi gərginliyi artırmaq niyyətində deyil.
Nilay