HADİSƏ

İtkin düşən qadının meyiti su kanalından tapıldı

Ağdaş rayonunda ötən gün axşam saatlarında itkin düşmüş 66 yaşlı qadının meyiti tapılıb.

"32gun.az"ın məlumatına görə,  Ağcayazı kənd sakini 1959-cu il təvəllüdlü Əkbərova Nazilə Əliabbas qızı yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Dərhal qadının axtarışlarına başlanılıb. Onun meyiti bu gün səhər saatlarnda Yuxarı Şirvan su kanalında tapılıb.unikal

Oxşar Xəbərlər