DÜNYA
ABŞ və Suriya liderləri bir arada - Tarixi görüş (FOTOLAR)
Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ lideri Donald Tramp, Səudiyyə vəliəhdi Məhəmməd bin Salman və Suriya rəhbəri Əhməd Əl Şaara onlayn görüşdə bir araya gəlib.
Bunun fonunda ABŞ prezidenti Donald Tramp və Suriya prezidenti Əhməd Əl Şara Ər-Riyadda bir araya gəlib.
Tramp Şaara ilə görüşündən sonra Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək, daha sonra Yaxın Şərq turunun ikinci mərhələsi olan Qətərə gedəcək.