Qaziantepdə taksi sürücüsü götürdüyü sərnişinin bıçaqla hücumu nəticəsində yaralanıb.
32gun.ax Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə axşam saatlarında Şahinbəy rayonu Perilikaya məhəlləsində baş verib. İddialara görə, ticarət taksi sürücüsü Hüseyn Y. götürdüyü sərnişin tərəfindən əvvəlcə şifahi, daha sonra bıçaqlanıb. Hücum zamanı üzündən və boynundan yaralanan taksi sürücüsü avtomobildən çıxmaqda çətinlik çəkib, təcavüzkar isə hadisə yerindən qaçıb. Yaralı Hüseyn Y., ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən təcili yardımla Abdulkadir Yüksel Dövlət Xəstəxanasına aparılıb. Buradan Hüseyn Y. Qaziantep Şəhər Xəstəxanasına köçürülüb.
Taksi sürücüsünə hücum anı avtomobilin kamerasına saniyə saniyə qeydə alınıb. Görüntülərdə iki nəfər arasında mübahisənin davaya çevrildiyi və daha sonra sərnişinin taksi sürücüsünü bıçaqladığı an görünür. Görüntülərdə taksi sürücüsünün maşınından düşməkdə çətinlik çəkdiyi, təcavüzkarın isə qaçdığı görünür.
Polis qaçan hücumçunun tutulması üçün əməliyyata başlayıb.
Ayxan