DÜNYA ÖZ XƏBƏR

Belqorodda Ukrayna PUA-sının hücumu nəticəsində dörd nəfər xəsarət alıb

Belqorod vilayətinin Şebekino mahalında Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) QAZel markalı avtomobili hədəfə alması nəticəsində iki nəfər xəsarət alıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.

“Bir kişi mina-partlayış travması alıb, çiynindən və ayağından qəlpə yaraları var. Digəri isə barotravma ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı Şebekino Mərkəzi Rayon Xəstəxanasına aparılıb,” – deyə Qladkov bildirib.

Onun sözlərinə görə, ilkin tibbi yardımdan sonra yaralılar Belqorod şəhər xəstəxanasına köçürülüblər.

Ayaz 

Oxşar Xəbərlər