KRİMİNAL
Yüksək məbləğdə pul təklif etmişdi, məhv oldum” - Narkotik maddə ilə tutulan qadın (VİDEO)
Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı saxlanılan 29 yaşlı Arzu Bayramovanın üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
DİN-dən "32gun.az"a bildirilib ki, şübhəli şəxs ifadəsində sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona narkotik maddəni ünvanlara çatdırmaq müqabilində yüksək pul vəd etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlayıb.