Birləşmiş Millətlər Təşkilatı (BMT) silahlı münaqişə zamanı Rusiya və Ukraynada mülki şəxslərin ölümü ilə əlaqədar kədərini ifadə edib. Bu barədə TASS agentliyi BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikə istinadla məlumat yayıb.
Düjarrik bildirib: "Biz bütün mülki şəxslərin itkisinə kədərlənirik."
O, BMT Baş katibi Antoniu Quterrişin Kursk və Bryansk vilayətlərində baş vermiş ukraynalı terror aktlarını pisləyib-pisləməməsi barədə suala belə cavab verib.
Bundan əvvəl Kursk vilayətinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Xinşteyn bu terror aktlarının vətəndaşları qorxutmaq məqsədi ilə törədildiyini bəyan etmişdi.
İyunun 1-nə keçən gecə Bryansk və Kursk vilayətlərində körpülər uçurulub. İstintaq Komitəsi ilkin istintaq tədbirlərini başa çatdırıb və hər iki hadisənin qəsdən partladılma olduğunu bildirib. Hadisə ilə bağlı “Terror aktı” maddəsi üzrə cinayət işləri açılıb.
Ayaz