DÜNYA

Yəməndə namaz vaxtı məscidə hücum edildi - Ölənlər və yaralılar var

Naməlum şəxs Yəmənin Əl-Beyda əyalətindəki məscidlərdən birinə qumbara ataraq atəş açıb.

"32gun.az" xarici KIV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 9 nəfər ölüb, 12 nəfər yaralanıb. Hadisə iyunun 7-də dindarların axşam namazı üçün toplaşdıqları Karn əl-Əsəd kəndində baş verib. Hücum edən şəxs psixi pozğunluqdan əziyyət çəkirmiş. Cinayətkar hücumdan təxminən saat yarım sonra saxlanılıb. Atışma qurbanlarından biri 12 yaşlı uşaq olub. Hücum Qurban bayramı qeyd olunarkən baş verib.

Oxşar Xəbərlər