Avstraliyanın Milli Elmi Agentliyi (CSIRO) Şimali Avstraliyada yeraltı canlılarla bağlı genişmiqyaslı tədqiqat aparıb. Alimlər ilk dəfə olaraq qaranlıq və qida maddələri ilə kasıb yeraltı sularında yaşayan unikal canlılar – striqofauna üzərində ətraflı araşdırma aparıblar.
32gunnaz bildirir ki, bu barədə "CSIRO" məlumat yayıb.
Yeraltı həyatın əsas sakinləri əsasən xırda xərçəngkimilər, xüsusilə Parisia cinsindən olan krevetlərdir. Onlar karst boşluqlarında yaşayır və bu ekosistemlərdəki xüsusi bakteriyalar minerallarla kimyəvi reaksiyalar apararaq enerji əldə edir və beləliklə qida zəncirinin əsasını təşkil edirlər. Bu mexanizm işığın və bitki həyatının olmadığı şəraitdə mövcudluğu təmin edir.
Alimlər 50-dən çox quyu nümunəsini analiz edərək ekoloji DNT və video müşahidə metodlarından istifadə ediblər. Nəticələr göstərib ki, su ehtiyatlarının miqdarı və keyfiyyəti, eləcə də geoloji xüsusiyyətlər yeraltı canlıların növləri və sayına birbaşa təsir göstərir.
Tədqiqat nəticəsində məlum olub ki, yeraltı ekosistemlər insan fəaliyyəti qarşısında son dərəcə həssasdır. Grunt sularının səviyyəsinin dəyişməsi, çirklənmə və kimyəvi maddələrin istifadəsi bu tarazlığı poza bilər və bioloji müxtəlifliyin azalmasına səbəb ola bilər. Bu isə öz növbəsində regionun su ehtiyatlarının keyfiyyətinə ciddi təsir göstərə bilər.
“Striqofauna – görünməyən, lakin yeraltı ekosistemlərin təmizliyini və sağlamlığını təmin edən mühüm iştirakçılardır,” – deyə CSIRO-nun aparıcı tədqiqatçısı doktor Pol Makinerni bildirib.
Alimlər bu unikal canlı aləmin daha dərindən öyrənilməsinə və yeraltı ekosistemlərin qorunmasına çağırış edirlər. Məqsəd – Şimali Avstraliyanın su ehtiyatlarından davamlı şəkildə istifadəni təmin etməkdir.
Nilay