Füzulidə dəhşətli qəzada ölən qardaşların FOTOSU
Xəbər verdiyimiz kimi, Füzuli rayonunda üç nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəzada ölən 26 yaşlı Nicat Qurbanov və 39 yaşlı Ceyhun Qurbanov qardaş olublar.
Digər həyatını itirən şəxs isə 26 yaşlı Elçin Süleymanovdur
***10:00
Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən qəzada 3 nəfər ölüb, bir nəfər ağır xəsarətlər alıb.
Hadisə Füzuli rayonu Qayıdış Qəsəbələri avtomobil yolunun 6-cı qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Mercedes", "Opel" və "KIA" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində iki qardaş - Nicat Qurbanov, Ceyhun Qurbanov və Elçin Süleymanov hadisə yerində ölüb. Ağır xəsarətlər alan Bəndalı Qənbərov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, yaralıya dərhal təcili təxirə salınmaz yardım göstərilib daha sonra isə Sabunçu Tibb Mərkəzinə təxliyə edilib.
Faktla bağlı araşdırma aparılır.