DÜNYA

MMA döyüşçüsünün güllələnmə anı - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Rusiyada qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Timur Xizriyevə silahlı hücum olub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində döyüşçü ağır xəsarətlər alıb. Hadisə anbaan müşahidə kameralarına əks olunub. 

 

***00:26

Qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Timur Xizriyevə hücumdan sonra qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İyulun 15-də axşam saatlarında Mahaçqala şəhərinin Daniyalov küçəsindəki evlərin birinin həyətində idmançıya avtomobilindən düşərkən maskalı iki cinayətkar ona travmatik silahla təxminən 10 dəfə atəş açıb. Xizriyev çiyin, əl və döş qəfəsindən beşə yaxın yara alıb. Hücum edənlər və üçüncü iştirakçı ağ rəngli “Priora”da hadisə yerindən qaçıblar.

Cinayətkarlar axtarılır.

Oxşar Xəbərlər