DÜNYA
Tramp və Putinin görüşü başladı - CANLI (YENİLƏNİB) / Video
Tramp və Putin arasında danışıqlar başlayıb
"Unikal" xəbər verir ki, danışıqlar “üçün üçə” formatında keçirilir.
Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutur. İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıb.
Danışıqlar medianın iştirakı olmadan davam edir.
XXX
23:26
Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü başlayıb.
Danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlayıblar.
Qarşılanmadan sonra Prezidentlər görüş üçün təyin olunan bazaya yollanırlar.