SOSIAL

Kəlbəcərə ilk köçənlərdən biri Hökümə Əliyevanın ailəsidir

Kəlbəcərə ilk köçənlərdən biri də Milli Qəhrəman Hökümə Əliyevanın ailəsidir.

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev "32gun.az"a açıqlamasında bildirib ki, onların ailəsinə 4 otaqlı ev təqdim edilib.

"Sağ olunsun dövlət başçımız.  Bizi öz doğma torpaqlarımıza qovuşdurdu. Bu gün Prezident İlham Əliyev mənə Kəlbəcərin mərkəzində yerləşən tam təmirli 4 otaqlı evin açarını təqdim elədi".

Qeyd edək ki, bu gün Kəlbəcərə ilk 20 ailə köçüb.

Oxşar Xəbərlər