SİYASƏT

Hikmət Hacıyev Kristofer Landau ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.

"32gun.az" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dair dərin müzakirələr aparıb.

Oxşar Xəbərlər