Milyarder İbrahim Süleymanov Moskvada həbs edilib-YENİLƏNİB
Rusiyalı milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb. O, qətldə şübhəli bilinir.
AzPost bildirir ki, Baza-nın məlumatına görə, iş adamı oktyabrın 2-nə keçən gecə saxlanılıb. O, əvvəlki illərdə baş vermiş hadisələrlə bağlı qətldə ittiham olunur. O, hazırda həbsdədir və müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini xahiş etmək niyyətindədirlər.
İ.Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinsə də, həbsdən sonra da öz nüfuzunu və hakimiyyətini qoruyub saxlaya bilib. O, əvvəllər dövlətə məxsus olan “Sirena-Travel” aviaşirkətinin bron sisteminə nəzarət edirdi və əsas sektorlarda – nəqliyyat, aviasiya və informasiya texnologiyalarında nüfuz sahibi idi.
İbrahim Ameyeviç Süleymanov 29 may 1967-ci ildə Dağıstan Respublikasının Rutul kəndində anadan olub. Süleymanovun yüksəlməsində onun ailə əlaqələri də mühüm rol oynayıb. O, Mixail Xodorkovskinin keçmiş biznes ortağı Platon Lebedevin kürəkənidir. Onun oğlu Rəsul Süleymanov formal olaraq “Sirena”nın ortaq sahibi sayılır, lakin atasının maraqlarını təmsil edir.
***
SHOT-un məlumatına görə, milyarder Süleymanov 2004-cü ildə törədilən qətldə şübhəli bilinir. Onun Vnukovo Hava Yolları həmkarlar ittifaqı komitəsinin sədri Gennadi Borisovun qətlində əli olub-olmaması da araşdırılır. Onun 25 bıçaq zərbəsi ilə vurulmuş meyiti yaşadığı binanın girişində tapılıb.