HADİSƏ
Ordumuzun əsgəri dünyasını dəyişdi - FOTOLAR
Azərbaycan Ordusunun hərbi qulluqçusu dünyasını dəyişib.
"32gun.az"ın əldə etdiyi məlumata görə, əsgər İbrahimli Əli Ramin oğlu oktyabrın 5-də axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.
Müdafiə Nazirliyi faktı saytımıza təsdiqləyib.
Qeyd edək ki, mərhum oktyabrın 6-da Şəmkirdə torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.