HADİSƏ
Bakıda bir həftə əvvəl yanıq xəsarəti alan 52 yaşlı qadın ölüb
Bakıda evdə yanıq xəsarətləri alan qadın 6 gün sonra ölüb.
"32gun.az" xəbər verir ki, hadisə oktyabrın 6-da Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.
Belə ki, epilepsiya xəstəsi 1973-cü il təvəllüdlü Yelena Aleksandrovna Qurbanova yaşadığı evdə termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq oktyabrın 12-si orada ölüb.
Faktla bağlı araşdırma aparılır.