SOSIAL
Baku TV və “Özbəkistan 24” arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycanın aparıcı televiziya kanallarından biri olan Baku TV və Özbəkistanın nüfuzlu televiziya kanalı “Özbəkistan 24” arasında 2025-ci il 17 oktyabr tarixində Özbəkistanın Daşkənd şəhərində əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi Baku TV-nin direktoru Ramin Cəfərov və “Özbəkistan 24” kanalının rəhbəri Məmədəmin Səfərov imzalayıblar. İmzalanma mərasimində “Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev iştirak ediblər.