Mingəçevirdə 36 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB
Oktyabrın 23-də saat 20 radələrində Mingəçevir şəhəri ərazisində 41 yaşlı Zəfər Hüseynov aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Elvin Abbasova kəsicə alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "32gun.az"a bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Z.Hüseynov saxlanılıb.
E.Abbasov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.
***22:46
Mingəçevirdə Ağdam rayon sakini kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb. Yaralı dərhal əməliyyata alınıb.
"Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən köçkün şəhərciyində baş verib.
1990-cı il təvəllüdlü Ağdam rayon sakini Abbasov Elvin Sərdar hələ ki məlum olmayan şəraitdə bıçaqla kəsilmiş-deşilmiş bədən xəsarətləri alıb.Təcili xəstəxanaya çatdırılan yaralı dərhal əməliyyata alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "32gun.az"ın sorğusuna cavab olaraq bildirilib ki, 36 yaşlı şəhər sakininin kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.