SOSIAL

Bakıda Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 başlayır

Bakıda Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 keçiriləcək

1 noyabr 2025-ci il tarixində saat 09:00-da Bakıda “Gənc MÜSİAD”-ın təşkilatçılığı ilə Avrasiya Gənc İş Adamları Forumu – EYBF2025 start götürəcək.

Forum Türkiyə Respublikasının Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə Ofisinin, Türkiyə Cümhuriyyəti Gənclik və İdman Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə baş tutacaq.

Tədbirdə 50 ölkədən 3000-dən çox gənc sahibkarın, ümumilikdə isə 5000-dən artıq iştirakçının iştirakı gözlənilir.

Forumda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Türkiyə Gənclər və İdman nazirinin müavini Enes Eminoğlu, Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, TİKA-nın sədri Abdullah Eren və Gənc MÜSİAD prezidenti Mağsum Usta iştirak edəcəklər.

Forum çərçivəsində B2B görüşlər, regional ticarət və investisiya imkanları, startap ekosistemi və elektron ticarət, texnologiya transferi, universitet–sənaye əməkdaşlığı və digər aktual mövzular müzakirə olunacaq.

Oxşar Xəbərlər