HADİSƏ
Bakıda 68 yaşlı kişi pəncərədən yıxılıb, öldü
Bakıda pəncərədən yıxılan şəxs ölüb.
"32gun.az" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, oktyabr ayının 31-i 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı evdə pəncərə düzəldərkən yıxılıb.
Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-si ölüb.
Faktla bağlı araşdırma aparılır.