DÜNYA ÖZ XƏBƏR

Keyt Middlton Londonda keçirilən sammitə kostyumda qatılıb

Uels şahzadəsi Keyt Middlton Londonda keçirilən Future Workforce sammitində iştirak edib. Bu barədə WWD məlumat yayıb.

43 yaşlı Keyt Middlton tədbirə boz şalvar kostyumu və ağ bluzda qatılıb. O, açılış nitqi ilə çıxış edərək sevgi mövzusuna toxunub.

“Sevgi ilk və ən vacib bağdır. Lakin o, həm də zaman, diqqət və zəriflikdən toxunmuş, daimi və qayğıkeş münasibətlər vasitəsilə uşağın ətrafında sabit və mənalı mühit yaradan görünməz bir bağdır. Ev elə bir yer olmalıdır ki, sevgi, təhlükəsizlik və uyğun ritm uşağın inkişafına şərait yaratsın. Hər bir uşaq hörmət və təhlükəsizlik, ona qayğı göstərən hər kəs isə təşəkkür və tanınma haqq edir”, — deyə şahzadə bildirib.

Bundan əvvəl Radar Online nəşri mənbəyə istinadən yazmışdı ki, Keyt Middlton xərçəng xəstəliyinin təkrarlanması səbəbilə sürətlə çəki itirməyə başlayıb.

Ötən həftə Uels şahzadəsi qadınlar arasında keçirilən reqbi üzrə dünya çempionatında da görünüb. O, tədbirdə bir neçə gün öncəki görüntüsü ilə müqayisədə daha tünd rəngli saçlarla çıxış edib. Saçları arxadan yığılmış, makiyajında isə qəhvəyi kölgə və çəhrayı pomada üstünlük təşkil edib.

İdman tədbiri üçün Keyt Middlton tünd rəngli Ralph Lauren tvit bleyzeri, volanlı ağ bluz və qara şalvar seçib. O, obrazını qızıl aksessuarlarla tamamlayıb.

Nilay 

Oxşar Xəbərlər