DÜNYA

"Danışıqların nəticələri barədə məlumat verilmədi" - Peskov

Cenevrədə ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Moskvaya məlumat verilməyib.

"32gun.az" xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.  

O qeyd edib ki, Kreml İsveçrədə baş tutan danışıqlarla bağlı bütün KİV-də yayılan xəbərləri diqqətlə izləyir.

"Hələ rəsmi olaraq heç nə almamışıq",- Peskov vurğulayıb. O, həmçinin əlavə edib ki, Rusiya Ukraynadakı münaqişənin həlli ilə bağlı yenilənmiş plan almayıb. Peskovun sözlərinə görə, sənədlə bağlı müzakirələr və təmaslar davam edir.

Oxşar Xəbərlər