HADİSƏ

Bərdədə turşudan zəhərlənən 4 nəfərin son durumu (YENİLƏNİB)

 

Bərdədə qidadan zəhərlənən bir ailənin üzvlərinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, 07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər hospitalizasiya olunub.

Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

*** 11:05

Bərdə rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.

1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

T. Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.

Oxşar Xəbərlər