HADİSƏ
Göygöldə avtomobil divara çırpılıb, ölən var
Göygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
"32gun.az"ın məlumatına görə, hadisə rayonun Qırıqlı kəndində baş verib. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Ağır qəza zamanı 2003-cü il F.Quluzadə hadisə yerində həyatını itirib. 2009-cu il təvəllüdlü R.Zeynalov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.