Vladivostokda bir taksi sürücüsü sərnişinə xəsarət yetirdikdən sonra başqa bir regionda gizlənməyə cəhd edib, lakin saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib.
32gun.az bildirir ki, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) region üzrə İdarəsi Telegram kanalında bu barədə məlumat verib. Qeyd olunur ki, polisə 31 yaşlı bir kişi müraciət edərək naməlum şəxsin dostuna beysbol bitası ilə bir neçə zərbə endirdiyini bildirib. Daha sonra zərərçəkənin kəllə-beyin travması ilə reanimasiya şöbəsinə çatdırıldığı məlum olub.
İstintaq dekabrın 15-nə keçən gecə Vladivostokun Okean prospekti ərazisində iki kişi ilə taksi sürücüsü arasında mübahisə yarandığını müəyyən edib. Hadisə zamanı taksi sürücüsü avtomobildən bitka çıxararaq mübahisə etdiyi şəxslərdən birinə xəsarət yetirib. Zərərçəkən əməli törədən 18 yaşlı əcnəbi vətəndaş daha sonra Kemerovo vilayətinə qaçmağa cəhd etsə də, polis onu axtarışlar nəticəsində taparaq saxlayıb.
Hazırda Vladivostok İstintaq Təcridxanasına salınan şübhəli şəxs polis bölməsində törətdiyi cinayəti etiraf edib. Ona qarşı irəli sürülən ittihamlara görə, 10 ilə qədər həbs cəzası təhlükəsi var.
Ayaz