HADİSƏ
Qubada avtobus ana və övladını vurdu
Qubada ana və övladını avtobus vurub.
"32gun.az" Unikal'a istinaden məlumat verir ki, Quba-Xaçmaz marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu piyada 1998-ci il təvəllüdlü İsrafilova Əminə Sahib qızını vurub. O, Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Qəza zamanı qadının yanında olan azyaşlı övladı da xəsarət alıb.
Hadisə ilə bağlı araşdırma aparılır.