HADİSƏ
Cəlilabadda maşın 78 yaşlı qadını vuraraq öldürdü
Cəlilabadda piyadanı avtomobil vuraraq öldürüb.
"32gun.az" Unikal'a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Kənd sakini, 1947-ci il təvəllüdlü Südavər Quliyevanı “Ford Transit” markalı maşın vurub.
Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Lakin qadın orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.